Ötən il ASCO-nun gəmi təmiri müəssisələrində 103 gəmi təmir olunub
Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 7-si əsaslı, 11-i tərsanə, 9-u cari təmir edilib.
“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 17-si əsaslı, 42-si tərsanə, 17-si cari təmir olunub.
Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.
Qeyd edək ki, ASCO-nun həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodu geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodların əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.
AzVision.az
Teqlər: