Azərbaycan Rusiyaya daha bir partiya yumurta tədarük edib

"Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib", - məlumatda deyilir.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.
"Yanvarın 27-nədək Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd yeməli yumurta idxal edilib", - qurum açıqlayıb.
Azərbaycan 2023-cü il dekabrın 19-dan etibarən Rusiya Federasiyasına ərzaq yumurtası ixracına başlayıb.
AzVision.az
Teqlər: Azərbaycan Rusiya yumurta ixrac