Blinken İsrailə gedib

Blinken İsrailə gedib
  09 Yanvar 2024    Oxunub:1191
ABŞ Dövlət katibi Antoni Blinken Yunanıstan, Türkiyə, İordaniya, Qətər və Səudiyyə Ərəbistanından sonra regional səfərinin son dayanacağı kimi İsrailə gedib.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Blinken səfər çərçivəsində İsrailin hərbi kabineti ilə görüşəcək.

Görüşün Qəzza zolağında hərbi əməliyyatlara son qoyulması və mühasirəyə alınan ərazilərə daha çox humanitar yardımın buraxılmasına təkan verəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti