Yaponiyada zəlzələdə ölənlərin sayı 180-ə çatıb
Bundan əvvəl 168 nəfərin öldüyü bildirilirdi. Ən azı 120 nəfər itkin düşüb. Yaralananların sayı 565 nəfərdir. Zəlzələdən zərər çəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyə məntəqələrində qalmağa davam edir.
Zəlzələdən ən çox İşikava prefekturası zərər çəkib. Orada ən azı 1370 ev tamamilə və ya qismən dağılıb, yanğınlar isə 300-dən çox binanı məhv edib.
AzVision.az
Teqlər: