Ermənistan Potilə Rusiyaya bərə daşımalarını dayandırıb
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib.
"Bərə bir neçə ay işlədi. Qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər”, - V.Kerobyan qeyd edib.
Bundan əvvəl Kerobyan deyib ki, yüklərin Potidən Qafqaz limanına daşınması Ermənistanın dəmir yolu sistemini Avrasiya İqtisadi İttifaqı ölkələrinin infrastrukturu ilə birləşdirməyə imkan verəcək, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq, həmçinin təkcə Rusiya ilə deyil, Belarus və Qazaxıstanla nəqliyyat əlaqələrini yaxşılaşdıracaq.
AzVision.az
Teqlər: