Ankara ilə Vaşinqton arasında münasibətlər dalana dirənib

Ankara ilə Vaşinqton arasında münasibətlər dalana dirənib
  08 Yanvar 2024    Oxunub:932
Türkiyə ilə ABŞ arasında münasibətlər dalana dirənib. Çünki Ankara İsveçin NATO-ya üzv olmaq istəyinin təsdiqini gecikdirir.
Bu barədə Türkiyənin T24 qəzeti məlumat yayıb. “Türkiyənin İsveçin NATO-ya üzvlüyü məsələsini ləngitməsi münasibətləri praktiki olaraq dalana dirəyib”, - nəşr yazıb.

Qəzet qeyd edib ki, 2023-cü ilin yayında NATO sammitindən sonra ABŞ Türkiyənin İsveçin alyansa üzvlüyünü təsdiqləməklə bağlı verdiyi vədləri yerinə yetirməməsindən şikayətlənib. Bundan əvvəl İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyü ilə bağlı yekun qərarı Türkiyə parlamentinin verəcəyi bildirilirdi.


AzVision.az


Teqlər:





Xəbər lenti