Ermənistan Baş Qərargah rəisinin keçmiş müavininə qarşı yeni cinayət iş açılıb
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, 600 min dollar vəsaitin "yuyulmasında" ittiham olunur.
Qeyd edək ki, ötən ilin əvvəlində də ona qarşı əmlakını və külli miqdarda gəlirini gizlətməyə, qanunsuz varlanmaya görə cinayət işi açılmışdı.
Xatırladaq ki, Haykaz Baqmanyan 2018-ci ilin martından 2020-ci ilin dekabrına kimi KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini olub.
Firudin Həmidli
AzVision.az
Teqlər: