"2024-cü il Ukrayna münaqişəsində həlledici olacaq" - Almaniya

   "2024-cü il Ukrayna münaqişəsində həlledici olacaq" -    Almaniya
  04 Yanvar 2024    Oxunub:1458
Almaniya Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Roland Kater 2024-cü ilin Ukrayna münaqişəsində həlledici olacağını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə o, "Welt" kanalının YouTube kanalına müsahibəsində deyib.

Katerin fikrincə, 2024-cü il Rusiya-Ukrayna münaqişəsində dönüş nöqtəsi olacaq.
Ukrayna Silahlı Qüvvələrinin (AFU) təşəbbüsü ələ keçirə bilib-bilməyəcəyini Yeni il göstərəcək.

“Qiymətləndirmələrimizdə realist olmalıyıq. İndi görürəm ki, təşəbbüs ruslardadır”, - deyə ehtiyatda olan general-leytenant vurğulayıb.

O, həmçinin hesab edir ki, 2024-cü ildə sülh danışıqları məsələsi dekabrın sonuna qədər həll oluna bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti