Qazaxıstanda Rusiya telekanallarının dayandırılma səbəbi açıqlanıb

   Qazaxıstanda Rusiya telekanallarının dayandırılma səbəbi açıqlanıb
  04 Yanvar 2024    Oxunub:1130
Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Birinci kanal ümumdünya şəbəkəsi” Səhmdar Cəmiyyətinin rəsmi nümayəndəsi İrina Kalaşnikova danışıb.

Onun sözlərinə görə, tərəflər 2024-cü ildə yayım müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edə bilməyiblər. İrina Kalaşnikova bildirib ki, Rusiya telekanalları borclarını ödəməyənədək yayımlanmayacaq: “Biz bu barədə ilboyu xəbərdarlıq etmişik”.

Qeyd edək ki, Qazaxıstanda Rusiyaya məxsus “SNQ Birinci kanal”, “Poyexali”, “Zaman: Uzaq və yaxın”, “Kino evi”, “Telekafe”, Premium kino evi“, “Birincinin musiqisi”, “Qələbə”, “Karusel“, “Bober” və “O” adlı telekanalların yayımı dayandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti