Ermənistan Müdafiə Nazirliyinin satdığı əmlak dövlətə qaytarılıb

Ermənistan Müdafiə Nazirliyinin satdığı əmlak dövlətə qaytarılıb
  04 Yanvar 2024    Oxunub:1381
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı iş üzrə müsadirə edilən keçmiş “Erasx-2” hərbi hissəsinin ərazisi ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yanında Dövlət Əmlak Komitəsinə verilib.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hökumətin keçirilən iclasında müvafiq qərar qəbul edib.

Dekabrın 11-də Ararat rayonunun Armaş kəndində yerləşən bu sahə rəsmi olaraq bu işin tərkib hissəsi kimi dövlətə həvalə edilib.

Hökumətin əvvəlki iclasında baş prokuror Anna Vardapetyan xatırladıb ki, 2009-cu ildə Erasx-2 sahəsi Armen Gevorkyan (Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi) ilə əlaqəli vətəndaş Norayr Karapetyana satılıb.

Torpaq sahəsi və tikililər təqribən 7,6 milyon dram (indiki məzənnə ilə təxminən 19 min dollar) dəyərində qiymətləndirilirdi, lakin üç dəfə ucuz (6 min dollar) satılıb.
2023-cü ilin sentyabrında Karapetyanla qarşılıqlı razılaşma əsasında alqı-satqı müqaviləsi ləğv edilib, bundan sonra torpaq sahəsi dövlətə qaytarılıb.

Armaş kəndində də yerləşən Erasx-1 sahəsi üzrə məhkəmə prosesi davam edir.

Vardapetyanın daha əvvəl dediyi kimi, Ohanyana qarşı cinayət işi, hətta məhkəmənin hökmü olsa belə, qeyd edilən pozuntuya görə iddia müddətinin başa çatması səbəbindən cəza nəzərdə tutmur. Öz növbəsində, Ohanyanın vəkilləri əvvəllər bildirmişdilər ki, Müdafiə Nazirliyi bu əraziləri yalnız orada hər hansı xüsusi təyinatlı obyektlər olmadığından sonra satıb.

AzVision.az


Teqlər:





Xəbər lenti