KİV: "ABŞ üç Afrika ölkəsində kəşfiyyat dronları yerləşdirmək istəyir"

      KİV:    "ABŞ üç Afrika ölkəsində kəşfiyyat dronları yerləşdirmək istəyir"
  04 Yanvar 2024    Oxunub:1089
ABŞ "İslam Dövləti" və "Əl-Qaidə" terror qruplarının regionda yayılmasının qarşısını almaq üçün Atlantik okeanı sahillərində yerləşən bir sıra Afrika ölkələrində öz hərbi pilotsuz təyyarələrini yerləşdirmək imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə
"Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlunatına görə, Vaşinqton Amerikanın silahsız kəşfiyyat təyyarələrinə Qana, Fil Dişi Sahili və Benin aerodromlarından istifadə etməyə icazə verəcək “ilkin danışıqlar” aparır.

Dronlar ABŞ-a yaraqlıların hərəkətlərini izləmək və yerli hərbçilərə məlumat vermək imkanı verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti