Ukrayna-NATO Şurasının keçiriləcəyi tarix açıqlanıb
“NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın son raket və pilotsuz təyyarə hücumlarından sonra Ukraynanın tələbi ilə çərşənbə günü, yanvarın 10-da NATO-Ukrayna Şurasının iclasını səfirlər səviyyəsində çağıracaq”, o, X-də (keçmiş Twitter) yazıb.
***
Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hava hücumlarına cavab olaraq Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün X sosial şəbəkə hesabında bildirib.
D.Kuleba qeyd edib ki, Alyans Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.
“Əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq”, - deyə nazir bildirib.
Kuleba əlavə edib ki, bu, Avro-Atlantik birliyin “vacib siqnalıdır”.
Xatırladaq ki, Ukrayna-NATO Şurası Ukrayna ilə Şimali Atlantika Alyansına üzv ölkələr arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığı platformadır.
AzVision.az
Teqlər: