Ərdoğan İran Prezidenti ilə telefonla danışıb
Prezident Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.
O, dinc əhalini hədəf alan terror aktını pisləyib, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirərək, İran xalqına səbr diləyib. Türkiyə Prezidenti danışıq zamanı İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.
Bundan əlavə, İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınmasına qərar verilib.
AzVision.az
Teqlər: