Metyu Brayza: `Qarabağın danışıqlara qoşulması təşəbbüsü yanlışdır`

Metyu Brayza: `Qarabağın danışıqlara qoşulması təşəbbüsü yanlışdır`
  17 İyun 2014    Oxunub:1155
`Ermənistanın tanınmamış Qarabağ Respublikasını Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara qoşmaq təşəbbüsü yanlışdır`.

AzVision.az xəbər verir ki, bunu, NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminar iştirak etmək üçün Bakıda olan ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrlərindən biri, Müdafiə araşdırmaları üzrə beynəlxalq mərkəzin direktoru Metyu Brayza deyib.

“Qarabağ münaqişəsini ləngitmək olmaz, əks halda bu, bir çox mühüm regional layihələrin dayandırılmasına səbəb olacaq və bir növ 40 illik Kipr probleminə bənzəyəcək”.

Onun sözlərinə görə, Cənubi Qafqazda gərginliyin səbəbkarı Rusiyadır. Rusiyanın mövqeyi regionda balansın pozulmasına yönəlib.

Brayza, həmçinin qeyd edib ki, Rusiya İranla birlikdə Azərbaycana “təzyiq” göstərərək onu Avropa məkanına inteqrasiyadan, Avropa dəyərlərindən uzaqlaşdırmaq istəyir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti