Napaleonun papağı hərracda rekord qiymətə satılıb

Napaleonun papağı hərracda rekord qiymətə satılıb
  20 Noyabr 2023    Oxunub:1973
Fransa imperatoru Napaleon I Bonopartın (1769–1821) papağı Fransada Fontenblo şəhərində keçirilən hərracda təxminən 2 milyon avroya satılıb.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunub ki, "Osenat" hərrac evinin təşkil etdiyi hərracda imperator Napaleonun papağı 1,932 milyon avroya satılıb.

Hərracın təşkilatçıları qeyd ediblər ki, Napaleon Bonopartın kolleksiyası üçün bu, rekord məbləğdir. Belə ki, bundan əvvəl Napaleona məxsus digər şlyapa 2014-cü ildə həmin hərrac evində 1,8 milyon avroya satılıb.

Üçrəngli kokarda ilə bəzənmiş bu papağın təxminən 1810-cu ilə aid olduğu deyilir. Ehtimal olunur ki, Napaleon 1815-ci ildə Elba adasından qaçarkən məhz bu papağı taxıb. Papağın ilkin qiyməti 600-800 min avro arasında dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti