5 yaşlı uşaq 19 santimetrlik bilərzik uddu

5 yaşlı uşaq 19 santimetrlik bilərzik uddu
  15 Noyabr 2023    Oxunub:1656
Rusiyada həkimlər metal qolbaq udan uşağı xilas ediblər. Bu barədə “Novorossiysk Worker Telegram” kanalı məlumat yayıb.
Qeyd edilir ki, valideynlər Novorossiysk şəhər xəstəxanasına beş yaşlı övladlarının bilərzik udması şikayəti ilə gətiriblər. Müayinə zamanı valideynlərin dedikləri təsdiqlənib: həkimlər bilərziyin qida borusundan, mədədən, nazik bağırsaqdan keçdiyini və yoğun bağırsaqda ilişib qaldığını müəyyən ediblər.

Bilərziyi çıxarmaq üçün oğlana anesteziya altında kolonoskopiya aparılıb. Həkimlər 19 santimetrlik qolbağı yoğun bağırsaqdan uğurla çıxarıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bilərzik   Həkim  





Xəbər lenti