Balqabaq haqqında bilmədiyiniz möcüzələr

 Balqabaq haqqında bilmədiyiniz möcüzələr
  30 Oktyabr 2023    Oxunub:1926
Balqabaq yemək insanın görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırır, arıqladır və sağlam dəri formalaşdırır. Bundan əlavə, balqabaq vitamin və minerallarla zəngindir, ürək üçün faydalıdır və xərçəngin qarşısının alınması üçün təsirlidir.
Bu barədə SciTechDaily xəbər verib. Balqabaq A vitamininin zəngin mənbəyidir. Bu vitamin göz, immunitet sistemi və dəri sağlamlığı üçün vacibdir. Bundan əlavə, balqabağın kalorisi azdır və mədədə toxluq hissinə kömək edən çoxlu pəhriz lifi var. Bu, çəki itirərkən iştahı idarə etməyə kömək edir.

Yalnız balqabağın özü deyil, həm də toxumu da faydalıdır. Balqabaq toxumu yemək bədəndə qan təzyiqinin tənzimlənməsindən və ürək xəstəliklərinin qarşısının alınmasından məsul olan maqneziumun normal səviyyəsini saxlamağa kömək edir.

Balqabaq həmçinin döş, mədə, boğaz və mədəaltı vəzi xərçəngi riskini azaldır. Bu, çox güman ki, bitkilər və yosunlar tərəfindən istehsal olunan karotenoidlərin - sarı, narıncı və qırmızı üzvi piqmentlərin yüksək tərkibi ilə əlaqədardır. Bu birləşmələr xərçəngə qarşı qoruma təmin edə bilən xüsusiyyətlərə malikdir.

AzVision.az



Teqlər:





Xəbər lenti