Həkimlər qadının qulağından diri tarakan çıxardılar

Həkimlər qadının qulağından diri tarakan çıxardılar
  16 Oktyabr 2023    Oxunub:1921
Rusiyada maraqlı hadisə baş verib. Moskva vilayətinin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bir qadın qulağında daimi səs-küy şikayətləri ilə Vidnovskaya xəstəxanasına müraciət edib.
Onun narahatlığına canlı bir tarakan səbəb olub. Qadın həşəratın qulağına necə girdiyini xatırlamayıb. Həkimlər tarakanı xüsusi alətlərdən istifadə etməklə çıxarıblar.

“Böcəyin çıxarılması fəsadsız keçdi. Qulaq pərdəsi və qulaq kanalı zədələnməyib”, - otorinolarinqologiya şöbəsinin müdiri Kristina Tadjikulova deyib.

Xəstə ambulator müalicə üçün evə buraxılıb. Həkimlər xatırladıblar ki, qulaqdakı yad cisimləri öz başına çıxarmaq son dərəcə arzuolunmazdır. Bu, cisimləri daha da dərinə itələmək və qulaq pərdəsini zədələmək riskini artırır. Belə addım geri dönməz eşitmə problemlərinə səbəb olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tarakan   Qulaq  





Xəbər lenti