Hər il 10 milyon insanın ölümünə səbəb olacaq xəstəlik

Hər il 10 milyon insanın ölümünə səbəb olacaq xəstəlik
  11 Oktyabr 2023    Oxunub:1457
2020-2050-ci illər arasında insultun sağlamlığa və iqtisadiyyata təsirinin artması aşağı və orta gəlirli ölkələrə qeyri-proporsional şəkildə təsir göstərəcəkdir.
Bu barədə Ümumdünya insult ilə mübarizə Təşkilatının – Lancet nevrologiya Komissiyasının qlobal yük olan insultu azaltmaq üçün praqmatik həllər haqqında yeni hesabatında deyilir.

Dünyada insult keçirən, bu səbəbdən ölən və ya əlil olanların sayı son 30 ildə təxminən iki dəfə artıb. İnsult keçirən insanların böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.

Yeni Zelandiyadakı Oklend Texnologiya Universitetinin professoru, komissiyanın həmsədri Valeri L. Feiginin sözlərinə görə, insult dünya əhalisinə böyük ziyan vurur, hər il milyonlarla insanın ölümünə və əlilliyinə səbəb olur. Feigin qeyd edir ki, yaxın onilliklərdə insultun sağlamlığa və iqtisadiyyata təsirlərini dəqiq proqnozlaşdırmaq çətindir, lakin hətta bu qiymətləndirmələr də təcili və təsirli tədbirlər görülmədiyi təqdirdə artan yükdən xəbər verir.

Hesabata görə, yüksək gəlirli ölkələrlə fərq artaraq, aşağı və orta gəlirli ölkələrdə insultdan ölənlərin sayı 2020-ci ildə 5,7 milyondan 2050-ci ildə 8,8 milyona qədər kəskin şəkildə artacaq.

Proqnozlara görə, 60 yaşdan yuxarı insanlar arasında qlobal ölüm nisbəti 36 faiz, 60 yaşdan aşağı insanlar arasında isə 25 faizdən az olacaq. Hesabatın müəllifləri qeyd edirlər ki, gənclər arasında cüzi azalma diabet və piylənmə səviyyəsinin artması ilə bağlı ola bilər.

İqtisadi proqnozlar birbaşa xərclər və itirilmiş gəlir daxil olmaqla insultun ümumi dəyərinin 2017-ci ildəki 891 milyard dollardan 2050-ci ildə 2,31 trilyon dollara qədər artacağını göstərir. Bu iqtisadi nəticələrin əksəriyyətinin Asiya və Afrikada baş verəcəyi gözlənilir.

Ekspertlər diqqətə çatdırırlar ki, insultu şərtləndirən səbəblər insult və onun risk faktorları, o cümlədən yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterin, piylənmə, düzgün olmayan qidalanma, oturaq həyat tərzi və siqaret çəkmə haqqında məlumatın kifayət qədər olmamasıdır.

Komissiya, dünyada hər bir hökumətə sağlamlığa zərərli olan qidalara – duz, alkoqol, şəkərli içkilər və trans yağlara qanunvericilik normaları və vergilər tətbiq etməyi tövsiyə edir. Bu cür vergilər bu məhsulların istehlakını aşağı salmaqla yanaşı, insult və digər əsas yoluxucu olmayan xəstəliklərin yükünü azaldacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti