“Iran Steel Company” şirkətinin 17 işçisi şallaq və həbs cəzasına məhkum olunub
Bu işçilər ötən il etiraz aksiyalarında “qarışıqlıq və mübahisə yaratmaqla ictimai asayişi pozmaqda” ittiham olunurlar.
İnqilab məhkəməsi müttəhimlərə qarşı irəli sürülən bu ittihamı doğru sayaraq onların hər birini üç aylıq həbs əvəzinə hökumət fonduna 2 milyon 500 min tümən cərimə ödəməyə və 74 şallaq cəzasına məhkum edib.
Yeni hökmün sonunda hər bir işçinin qamçılanması cəzasının üç il müddətinə dayandırıldığı bildirilir. Həmin müddətdə cinayət törətməyəcəkləri təqdirdə, onlara şərti cəza veriləcək.
Qeyd edək ki, ötən illərdə dəfələrlə etiraz aksiyaları və tətillər keçirən Milli Polad qrupunun işçiləri təhlükəsizlik qüvvələrinin hədəfinə çevriliblər.
AzVision.az