"Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib"

   "Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib"
  20 Sentyabr 2023    Oxunub:1218
“Əvvəlki dövrlərdən fərqli olaraq DİN-ə vətəndaşlar tərəfindən daxil olan müraciətlər nikbin xarakterlidir”.
Bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

“Xalqımız Azərbaycan dövlətinin yanında olduğunu, antiterror tədbirlərini dəstəklədiklərini bildirirlər. Azərbaycan cəmiyyətində dövlətin, hərbi qulluqçuların, polisə mövqeyi ifadə olunur”, deyən DİN rəsmisi əlavə edib ki, dezinformasiya yayan 10-a yaxın şəxs Daxili İşlər Nazirliyinə çağırılaraq profilaktik söhbətlər aparılıb:

"Vətəndaşlarımıza xəbərdarlıq edirik qarşı tərəfin yaydığı qeyri ciddi xəbərlərə aldanmayın. Bir mənalı şəkildə bilinməlidir ki Qarabağ bölgəsində qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirləri görülür. Hələki ciddi bir siqnal bizə daxil olmayıb".

AzVision.az


Teqlər:





Xəbər lenti