Koronavirusa qarşı immuniteti gücləndirməyin yolu

   Koronavirusa qarşı immuniteti gücləndirməyin yolu
  04 Sentyabr 2023    Oxunub:1859
Suçjou Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, qısamüddətli oruc qırmızı qan hüceyrələrinin (eritrositlər) immun funksiyasına və onların koronavirus da daxil olmaqla yoluxucu patogenlərlə mübarizə qabiliyyətinə müsbət təsir göstərir.
Altı gün ac qalan və yalnız su içən 31 könüllü araşdırmada iştirak edib, sonra altı gün ərzində tədricən adi qidalanma rejiminə keçiblər. Müəlliflər iştirakçılardan təcrübənin əvvəlində, sonunda və ortasında bir neçə qan nümunəsi götürüblər.

Qan analizi, aclıq və normal qidalanma mərhələlərində eritrositlərin tərkibində əhəmiyyətli fərqlər aşkar edib. Belə ki, pəhrizin altıncı günündə immun reaksiya ilə əlaqəli çoxsaylı yollar aktivləşib, onların çoxu növbəti altı gün ərzində davam edib.

Əlavə tədqiqatlar göstərib ki, gücləndirilmiş immunitet reaksiyasının çox hissəsi yetkin qırmızı qan hüceyrələri üçün həyati əhəmiyyət kəsb edən komplement sistemi ilə bağlıdır.

Sübutlar göstərir ki, ac olmaq və ya pəhriz tutmaq bu sistemi aktivləşdirir və bununla da qırmızı qan hüceyrələrinin immun funksiyasını gücləndirir.


AzVision.az


Teqlər:





Xəbər lenti