“Ay Laçın” – doğma və kövrək duyğularla

   “Ay Laçın”    – doğma və kövrək duyğularla
  26 Avqust 2023    Oxunub:2039
“Ay Laçın” xalq mahnısı bu dəfə Laçın şəhəri günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın ifasında səslənir.
Öz bacarıq və istedadı ilə “Əlilik qüsur deyil” devizini bir daha təsdiqləyən Rəvanə məlahətli səsi ilə dogma və kövrək duyğular aşılayan bu xalq mahnısına yeni ruh, nəfəs bəxş edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan həmin Mərkəz digər həssas qruplardan olanlar kimi, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirovanın da yaradıcı potensialının inkişafına və cəmiyyətə tanıdılmasına mühüm dəstək verir.

Ötən il bu Mərkəzə qəbul olunan Rəvanənin ifaçılıq qabiliyyətinin daha da inkişaf etməsi üçün göstərilən səylər öz bəhrəsini verir, sənətdə uğurlu addımlara imza atır.

Onun ifasında səslənərək sizlərə təqdim etdiyimiz “Ay Laçın” mahnısı da bunu təsdiq edir.



AzVision.az


Teqlər:





Xəbər lenti