Tarkan 11 min avroluq oteldə qalacaq

Tarkan 11 min avroluq oteldə qalacaq
  06 İyun 2014    Oxunub:1102
Türkiyəli müğənni, Monte Karloda festvilı çərçivəsində konsert verməyə hazırlaşan Tarkan “prezident nömrəsi”ndə qalacaq.
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin qalacağı otağı Monako şahzadəsi Albert seçib. “Diamond Suite Presidential” adlı otağın bir günlük qiyməti 11 min avrodur.

Tarkan “Monte carlo Summer Festival”ında şahzadə Albertin dəvəti ilə iştirak edəcək. 40 ildir keçirilən festivalda iştirak edəcək ilk türk Tarkan olacaq. Avsustun 22-də baş tutacaq konsertin biletləri 220 avroya satılıb.

Tarkandan başqa festivalda Lana Del Rey, Elton Con və Robi Uilayms iştirak edəcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti