Sabahın hava proqnozu açıqlanıb

   Sabahın hava proqnozu açıqlanıb
  18 İyul 2023    Oxunub:1066
Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava yağmursuz olacaq, cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti