Poroşenko rəsmən prezident oldu

  02 İyun 2014    Oxunub : 376
Poroşenko rəsmən prezident oldu
Bu gün Ukrayna Mərkəzi Seçki Komissiyası mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.

AzVision.az-ın verdiyi məlumata görə, rəsmi protokolu Ukrayna MSK-nın 15 üzvü imzalayıb.

MSK-ın rəsmi nəticələrinə əsasən, Petro Poroşenko seçicilərin 54,7% , Yuliya Timoşenko - 12,81%, Oleq Lyaşko - 8,32%, Anatoli Qriçenko - 5,48%, Serqey Tiqipko - 5,23%, Mixail Dobkin - 3,03%, Vadim Rabinoviç - 2,25% səs toplayıb.

Qeyd edək ki, Poroşenkonun andiçmə mərasimi iyunun 7-də keçiriləcək.

Teqlər: