“Qara su”da boğulanlar: Özəl hərbi şirkətlər dünyada nələr edir – ARAŞDIRMA |
“Belə şəraitdə “Vaqner”in avtonom fəaliyyət müddəti ən yaxşı halda bir neçə sutka ola bilər. Bu qiyamın arxasında ölçülüb-biçilmiş ağıllı məqsəd gözə dəymir. Hava hücumlarını çıxmaqla “Vaqner” gün ərzində ciddi müqavimətlə üzləşməyib. Zirehli texnikanın daşınması üçün treylerdən istifadə olunması qrupun hərəkət sürətini artırır”,- Jiroxov bildirib.
Ekspert istisna etmir ki, “Vaqner”in Moskvaya yürüşündə məqsəd diqqəti onun əsl məqsədindən – Rostov-Donda möhkəmlənməkdən yayındırmaqdır.
- Özəl hərbi şirkətin iri şəhərlərdə - Rostov və ya Voronejdə müdafiəyə oturması federal qoşunlar üçün böyük başağrısına çevrilə bilər. Belə vəziyyətdə Baxmut cəhənnəmini keçmiş təcrübəli, məqsədli döyüşçülərlə mübarizə aparmaq xeyli çətin olacaq. Yaşayış məntəqələrində hətta yüngül silahlarla döyüşlər də həftələrlə çəkə bilər,- ekspert vurğulayıb.
Tariyel Həsənov
AzVision.az