Bayden Ərdoğanı təbrik etdi

   Bayden Ərdoğanı təbrik etdi
  29 May 2023    Oxunub:897
ABŞ prezidenti Co Bayden Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə telefonla təbrik edib. Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
“ABŞ prezidenti Bayden prezident Ərdoğanı seçki uğuru münasibətilə təbrik edib və seçki nəticələrinin türk xalqı üçün əlverişli olmasını arzulayıb”, - deyə məlumatda bildirilir.

Siyasətçilər onu da vurğulayıblar ki, “Türkiyə ilə ABŞ arasında münasibətlər regional və qlobal çağırışlar qarşısında daha da vacibləşir”. Tərəflər əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib və nəticədə Tayyib Ərdoğan qalib gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti