İranlı qadın prodüser Kanadadan çıxarıla bilər

   İranlı qadın prodüser Kanadadan çıxarıla bilər
  29 May 2023    Oxunub:918
Kanada hökuməti iranlı prodüser Mahşid Ahəngraninin bu ölkədəki vətəndaşlığına xitam verdiyindən onun deportasiya olunması təhlükəsi yaranıb.

AzVision.az bildirir ki, Kanadadakı sığınacaq qanunlarını “ədalətsiz” adlandıran film prodüseri onun bu ölkədəki daimi iqamətgahının öz doğma məmləkətinə səfəri ilə əlaqədar ləğv edildiyini və nəticədə İrana geri göndərilə biləcəyini açqılayıb.

Xanım Ahəngrani “İran hökumətini tənqid”, “Ana qayğısı”, “Evin həbsxanasında bacısının həbsinin davam etdirilməsi” və “Əmlak və çəkiliş avadanlıqlarının müsadirəsi” filmlərində işləmək üçün İrana qayıtdığını deyib .

Prodüserin immiqrasiya üzrə vəkili Mahşid Ahəngraninin vətəndaşlıq işi gözlənilmədən dayandırıldığını, onun filmlərinə qadağa qoyulan və həbs qərarı çıxarılan ölkəyə deportasiya ilə üzləşdiyini söyləyib. Vəkil, həmçinin, Məhşid Ahəngraninin İrana sonuncu dəfə dörd il əvvəl səfər etdiyini, o zaman ölkəyə daxil olarkən pasportunun əlindən alınıbdığını və nuna gördə də bir il İranı tərk edə bilmədiyini də açıqlayıb.

Problem həm də ondadır ki, İmmiqrasiya və Qaçqınların Müdafiəsi Aktının tərkib hissəsi olan Kanada İmmiqrasiya Aktına əsasən, mənşə ölkələrinə qayıdan qaçqınların daimi yaşayış yeri ləğv edilə bilər. Kanada İmmiqrasiya idarəsi məxfilik səbəbini əsas gətirərək, məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb.

İranlı rejissor Mənijə Hikmətin qızı, aktrisa və sənədli film ustası Pegah Ahəngraninin bacısı olan Məhşid 20 il əvvəl sığınacaq üçün Kanada hökumətinə müraciət edib və üç ildən sonra daimi yaşayış icazəsi alıb. O vaxtdan bəri o, bir neçə dəfə İrana səfər edib.


AzVision.az


Teqlər: Kanada   rejissor  





Xəbər lenti