Nərgiz Məhəmmədi “Yazı Azadlığı” mükafatı ilə təltif edilib
“Onun və onun mübarizəsinin unudulmadığını bilmək bizim üçün çox vacibdir. Əli və Kiana analarını sonuncu dəfə 2015-ci ildə görüblər və bir ildən çoxdur ki, ondan xəbər belə yoxdur. Onlar anaları ilə fəxr etdikləri halda, İran hökuməti və həbsxana məmurları tərəfindən övladlarımın ana səsindən qəsdən məhrum edildiyini unuda bilmirəm. Ailə vəziyyətimizi qızım Kianadan bildirmək istəyirəm: O, deyir ki, nə vaxt atam var, anam yoxdur. Ana olanda atam yoxdur. İran xalqı azadlıq, vətəndaş bərabərliyi və demokratiya uğrunda mübarizə aparır”, - Tağı Rəhmani deyib.
Nərgiz Məhəmmədinin həyat yoldaşı İrandakı Mahsa hərəkatının etnik qruplara və dinlərə qarşı ayrı-seçkilik siyasəti aparan, həmkarlar ittifaqlarını sıxışdıran, etirazçı gəncləri ya öldürən, ya həbsə salan, ya da kor edən düşmən rejimə qarşı çıxdığını vurğulayıb. “Qadın, həyat, azadlıq” şüarı iranlıların nə üçün mübarizə apardığını göstərir.
- Nərgizlər kameralardakı digər məhbuslarla birlikdə bu etirazların bir hissəsidir. Onlar, heç vaxt susmayacaq. Hamımız bir olaq, rejimin bütün edamlarını dayandıraq”, - məhbus xanımın həyat yoldaşı bildirib.
AzVision.az