Türkiyədə seçki: Dezinformasiyalara görə 5 nəfər saxlanılıb

      Türkiyədə seçki:    Dezinformasiyalara görə 5 nəfər saxlanılıb
  28 May 2023    Oxunub:1550
İstanbul prokurorluğu bazar günü Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı dezinformasiyanın yayılması ilə bağlı aparılan istintaq çərçivəsində beş şübhəlinin həbsinə order verib.
Məlumata görə, onlar artıq saxlanılıblar. “İstanbul Respublika Prokurorluğu ictimaiyyəti çaşdırmaq və ictimai asayişi pozmaq məqsədi ilə sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turu ilə bağlı təxribat xarakterli məlumatların yayılması ilə bağlı xidməti araşdırmaya başlayıb. Bu günə kimi işin istintaqı çərçivəsində beş şübhəlinin saxlanılması barədə qərar qəbul edilib”, - prokurorluğun bəyanatında bildirilib.

İstanbul polisindən verilən məlumata görə, ümumilikdə səsvermə rəvan və ciddi insidentsiz keçir. Yerli KİV bəzi seçki məntəqələrində seçicilər arasında mübahisələrin baş verdiyini yazır, lakin bu hal geniş yayılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti