"Kılıçdaroğlunun sözləri bu ölkəyə qarşı ədalətsizlikdir" - Çavuşoğlu
"Kılıçdaroğlunun Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı sözləri bu ölkəyə qarşı ədalətsizlikdir. Hər cür müdaxilə ilə bağlı çıxışlar yalandır", - Türkiyənin xarici işlər naziri bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Sultanqazidə seçiciləri ilə görüşü zamanı CHP lideri Kamal Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edəcək” iddiasına cavab verib:
“Kılıçdaroğlunun dediyinə görə, Türkiyədə seçkiləri Rusiya idarə edir. Ayıbdır! İndi mən də durub desəm ki, seçkiləri ABŞ idarə edir, Almaniya idarə edir, Fransa idarə edir, İngiltərə idarə edir. Nə deyəcəksən? Sən bunları mənim qədər tanımırsan. 20 ildir, mən bu adamlarla görüşürəm, bir masada otururam, danışıqlar aparıram. Mən bu adamlarının ruhuna belə bələdəm! Sən bunları haradan tanıyırsan axı?”, – Ərdoğan qeyd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: