Yəmən rəsmisi: İran silah və narkotik göndərməklə husilərə dəstəyini davam etdirir
“Son bir neçə gündə narkotik yükü ilə İranın Çabahar şəhərindən çıxan iki balıqçı gəmisi müəyyən edilərək ələ keçirilib. Bu gəmilərin ələ keçirilməsi İran hökumətinin silah və narkotik göndərməklə terrorçu husiləri dəstəkləməyə davam etdiyini göstərir. İranın bu hərəkətləri beynəlxalq qanunların və müqavilələrin açıq şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvləri öz qanuni öhdəliklərini yerinə yetirməli və İranın yanaşmasını pisləməlidirlər” - Əl-Aryani vurğulayıb.
AzVision.az