İsrail İslami Cihadın qərargahını vurdu
Zərbə Qəzza zolağından yeni hücumlara cavab olub və bu müddət ərzində İsrail Müdafiə Qüvvələrinin "Qalxan və Ox" əməliyyatı başlayandan bəri ilk dəfə raketlər Qüds dağlarına yönəldilib.
“The Jerusalem Post”un məlumatına görə, raketlər Efrat, Beitar İllit, Beyt Şemeş, Gefen, Tiroş, Qvaot, Har Gilo, Neve Daniel, Tzur Hadassah, Roş Tzurim və Kfar Etzion istiqamətində uçub.
Bildirilir ki, əməliyyat başlayandan bəri fələstinli radikallar 800-dən çox raket atıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Qəzzada İslami Cihad raket qüvvələrinin komandir müavininə hücum etdiyi bildirilmişdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: