Peskov: "Kreml Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir"

     Peskov:    "Kreml Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir"
  11 May 2023    Oxunub:1345
Rusiya Federasiyası yeni eskalasiya fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir.
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını söyləyib.

Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb.

AzVision.az


Teqlər:





Xəbər lenti