İran ordusu omanlı generallarla Qafqaza dair müəmmalı toplantı keçirib - FOTO

   İran ordusu omanlı generallarla Qafqaza dair müəmmalı toplantı keçirib    - FOTO
  11 May 2023    Oxunub:3359
Hər zaman qatı anti-Azərbaycan açıqlamaları və yazıları ilə gündəmə gələn, əslən Təbrizdən olan Qafqaz üzrə ekspert Salar Seyfəddini diqqət çəkən fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o özünün Tvitter hesabında Cənubi Qafqazın xəritəsinin nümayiş etdirildiyi və yüksək rütbəli hərbçilərin iştirakı ilə keçirilən toplantıdan foto paylaşıb.

TƏCİLİ: Ermənistan və İran Azərbaycana hücuma hazırlaşırlar
Seyfəddini yazıb: “İran ordusunun Komandanlıq və Qərargah Akademiyasında Qafqazda gedən proseslərlə bağlı görüş keçirilib. İranın Oman Krallığı ilə son hərbi əlaqələrini nəzərə alaraq, bu ölkənin hərbi generallarından ibarət nümayəndə heyəti İran ordusunun qonağı olub və görüşdə iştirak ediblər.

Amma daha da yaxşısı, həmin toplantıda İran-İraq müharibəsi zamanı Xürrəmşəhrin azad edilməsi əməliyyatının komandirlərindən və planlaşdıranlardan biri olan briqada generalı Moin Vəzirinin iştirakı və dəyərli fikirlər irəli sürməsi oldu”.

Qeyd edək ki, İran İkinci Qarabağ müharibəsindən sonra tez-tez Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir və təxribatlar törədir.

AzVision.az



Teqlər:   İran   Oman   Qafqaz  





Xəbər lenti