İranda yeni hicab qalmaqalı - VİDEO

   İranda yeni hicab qalmaqalı    - VİDEO
  11 May 2023    Oxunub:1099
İranda tapdalanan qadın haqları, hicabla bağlı qalmaqallar davam edir.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrin İran seqmentində hicab qaydalarının pozulmasına görə küçədə qadınlara qarşı zorakılıq tətbiq olunmasını əks etdirən yeni görüntülər yayılıb.

İranın müxtəlif bölgələrində qadınlar məcburi hicaba yox deyirlər - FOTOLAR
Video ilə bağlı bildirilir ki, İranın Kaşan şəhərində molla rejiminin məmurları hicab bəhanəsilə yerli sakinlərə hücum ediblər.

Xatırladaq ki, bir müddət öncə də oxşar problem yaşanmışdı. Polisin hicab qaydalarının pozulmasına görə küçədə bir qıza qarşı zorakılıq tətbiq olunmasını əks etdirən görüntülər yayılmışdı.

Qeyd edək ki, ötən ilin sentyabrın 16-da Məhsa Əmini adlı qadın hicabı düzgün taxmaması səbəbindən əxlaq polisi tərəfindən qətlə yetirilmişdi. Bundan sonra ölkədə aylarla davam edən kütləvi etiraz və iğtişaşlar başladı. İranın güc strukturları etirazçılara qarşı zorakılıqlar tətbiq edir, mitinqlərə qoşulanlar isə kütləvi şəkildə həbsə atılır. Son aylarda genişmiqyaslı mitinqlər səngisə də, İranda xalqın narazılıq dalğası tam aradan qalxmayıb.


AzVision.az



Teqlər:   İran  





Xəbər lenti