Lukaşenko niyə qeyri-rəsmi yeməkdə iştirak etmədi?

   Lukaşenko niyə qeyri-rəsmi yeməkdə iştirak etmədi?
  10 May 2023    Oxunub:1285
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun 9 May Qələbə Paradından sonra Kremldə qeyri-rəsmi səhər yeməyində iştirak etməməsinə aydınlıq gətirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Peskovun sözlərinə görə, respublika rəhbərinin iştirak etməməsi onun Minskə bayram tədbirlərinə getməsi zərurəti ilə bağlı olub.
Paradda Lukaşenkonun halı pisləşdi, həkimlər çağırıldı - VİDEO


Lukaşenko Moskvaya mayın 8-də gəlib. O, Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy və İttifaqın dövlət katibi Dmitri Mezentsev ilə danışıqlar aparıb. Mayın 9-da Lukaşenko Qızıl Meydanda Qələbə Paradını ziyarət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti