"Təhlükəsiz Avropa üçün Ukrayna NATO-nun üzvü olmalıdır" - Kuleba

   "Təhlükəsiz Avropa üçün Ukrayna NATO-nun üzvü olmalıdır" -    Kuleba
  10 May 2023    Oxunub:1052
"Almaniya təhlükəsiz və firavan Avropa istəyirsə, Ukraynanın NATO üzvlüyünə dəstək verməlidir
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Bild"ə müsahibəsində deyib. O bildirib ki, yeganə yol budur.

Kulebanın fikrincə, Ukraynanın NATO-ya üzvlüyü “müharibədən sonra gələcək müharibələrin qarşısını alacaq”.

O həmçinin bildirib ki, Kiyev Berlindən daha çox silah gözləyir. “Bizə artilleriya sursatları lazımdır, xüsusən də uzun məsafələr üçün. Bizə zirehli texnika, zenit sistemləri lazımdır, bunların hamısı Almaniyadadır”.

AzVision.az


Teqlər:





Xəbər lenti