Metsamor Ərdəbildə xərçəngin surətlə yayılmasına səbəb olub - VİDEO |
“İndi məsələ ciddi araşdırılır və Ətraf Mühitin Mühafizəsi Təşkilatı da problemin həlli üçün erməni tərəfi ilə danışıqlar aparır. Ermənistan hökuməti də əmin edib ki, buna mütləq nəzarət olunacaq və əgər hər hansı belə hallar varsa, müəyyən edilib qarşısı alınacaq”,- məmur deyib.
Xatırladaq ki, bir neçə gün öncə Ərdəbil Tibb Elmləri Universitetinin Səhiyyə məsələləri üzrə prorektoru, doktor Məhəmməd Cəfərzadə diqqət çəkən açıqlamalar vermişdi. O, müsahibəsində Ərdəbilin əyalətlər arasında mədə xərçənginə görə birinci yerdə olduğunu deyib. Amma Cəfərzadə bu əyalətdə mədə xərçənginin geniş yayılmasının səbəblərini qeyd etməyib. Bəzi İran saytları isə bunu İrəvanın ekoterroru ilə əlaqələndirmişdi. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının tullantı sularının Araz çayına axıdılması nəticədə çayın suyunun çirkləndiyini yazıb. Çirklənmiş sularla əkin sahələrinin suvarılması Araz çayının cənub sahillərindəki bölgələrdə xərçəng xəstəliyinin yayılmasına səbəb olur.
AzVision.az