"NATO Asiya ölkələrini alyansa qəbul etməyəcək" - Stoltenberq
Onun sözlərinə görə, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq və qloballaşmayacaq.
“Bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə qədər uzanır”, - deyə baş katib bildirib.
Çinlə müttəfiqlik münaqişəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, Tayvanda və onun ətrafında böhran “ciddi nəticələrə” səbəb olacaq.
NATO-nun baş katibi bildirib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı müdafiə edə bilməz.
Stoltenberq həmçinin bildirib ki, alyansda iştirak edən bütün ölkələr Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyib. Baş katibin sözlərinə görə, əsas məsələ vaxtdır, hələlik üzvlük nə vaxt baş tutacağını deyə bilməz. Eyni zamanda o qeyd edib ki, NATO-ya üzv dövlətlər Ukraynaya “blokun qüvvələri ilə qarşılıqlı fəaliyyət”in təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər.
Aytən Zəhra
AzVision.az
Teqlər: