Çavuşoğlu Moskvaya gedir

   Çavuşoğlu Moskvaya gedir
  09 May 2023    Oxunub:1151
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada keçiriləcək dördtərəfli görüşdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək niyyətindədir.
Bu barədə AzVision.az Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Bundan əvvəl Çavuşoğlu bildirib ki, Türkiyə, Rusiya, İran və Suriya XİN rəhbərlərinin görüşü mayın 10-da Moskvada keçiriləcək.

"Nazir mayın 9-10-da Rusiyaya səfər edəcək. Mayın 10-da Moskvada keçiriləcək dördtərəfli görüşdə Türkiyənin Suriya ilə münasibətlərinin normallaşması, terrorla mübarizə, siyasi proseslər və humanitar məsələlərin, o cümlədən qaçqınların Suriyaya könüllü və təhlükəsiz qayıtması planlaşdırılır.

Qeyd olunur ki, türkiyəli nazirin Rusiya paytaxtında bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Şahanə Rəhimova
AzVision.az


Teqlər:





Xəbər lenti