Şolts: "Rusiyaya qarşı yeni sanksiyalar sonuncu olmayacaq"

      Şolts:    "Rusiyaya qarşı yeni sanksiyalar sonuncu olmayacaq"
  09 May 2023    Oxunub:1305
"Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyalar paketinin sərtləşdirilməsi üzərində işləyir".
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib. O bildirib ki, növbəti paket sonuncu olmayacaq.

"Biz artıq sanksiya tədbirlərinin daha da sərtləşdirilməsini müzakirə etmək yolundayıq və növbəti paket sonuncu olmayacaq. Bu, davam edən işdir", - Şolts deyib.

Qeyd edək ki, mayın 8-də Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin hazırlanmasının başa çatdırıldığını və təsdiq üçün üzv ölkələrə təqdim edildiyini açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti