![](https://azvision.az/photos/2023/05/1683622358.jpg)
"LeoLabs" kosmosdakı zibillərə ən çox məsuliyyət daşıyan ölkənin ABŞ olduğunu açıqlayıb. Şirkətin məlumatına görə, ABŞ-ın aşağı Yer orbitində raket gövdələri və digər zibillərdən ibarət 8497 obyekti var. ABŞ-ı 4 min 836 obyektlə Rusiya, 4 min 47 obyektlə Çin izləyir.
Digər tərəfdən "Harvard-Smithsonian" Astrofizika Mərkəzinin astrofiziki Jonathan McDowell onları "saatlı bombalara bənzədərək, kosmosdakı dağıntıların bir-biri ilə toqquşması və ya yerə düşməsi nəticəsində partlaya və bunun insanlara zərər verə biləcəyini qeyd edib. O həmçinin bildirib ki, "Long March 5B" itələyiciləri (Çin istehsalı) çox böyük olduqları üçün onlar "ən narahatedici" raketlər sırasındadır.
![](https://azvision.az/photos/2023/05/1683622529.jpg)
Çinin raketlərinin problemi ölkənin fırlatma prosesinin riskli dizaynından qaynaqlanır. Adətən, buraxılmış raket pillələri havaya qalxdıqdan qısa müddət sonra suyun üstündən atmosferə yenidən daxil olur və orbitə çıxmır. Lakin "Long March 5B" raketi bunu edir.
NASA tərəfindən Çin Kosmik Agentliyinə beynəlxalq normalara uyğun şəkildə, raktetlər yenidən atmosferə daxil olduqda daha kiçik hissələrə parçalanacaq dizaynlar hazırlamaq barədə çağırış edilib. Lakin Pekin əvvəllər məsuliyyətsizliklə bağlı ittihamları rədd edib. Çin Xarici İşlər nazirliyi isə yerdə hər hansı bir obyektə və ya hər hansı şəxsə zərər vurma ehtimalının “son dərəcə aşağı” olduğunu söyləyib.
Aytən Zəhra
AzVision.az