Quterreş: "Ukrayna-Rusiya arasında sülh danışıqları hələlik mümkünsüzdür"

      Quterreş:    "Ukrayna-Rusiya arasında sülh danışıqları hələlik mümkünsüzdür"
  09 May 2023    Oxunub:1100
"Rusiya və Ukraynanın yaxın gələcəkdə münaqişənin həlli üçün dialoqa başlama ehtimalı yoxdur".
AzVision.az xəbər verir ki, bunu "El Pais"ə müsahibəsində BMT-nin baş katibi Antonio Quterreş deyib.

O qeyd edib ki, danışıqlar prosesinə başlamaq üçün hələlik ilkin şərtləri görmür.

“Təəssüf ki, hazırda sülh danışıqlarının mümkünsüz olduğuna inanıram. Hər iki tərəf hazırkı vəziyyətdən qalib çıxa biləcəklərinə əmindir <…> Bizim gördüyümüz iş, mümkün olduğu qədər, konkret problemlərin həlli üçün hər iki tərəflə dialoqdur”, - Quterreş izah edib.

BMT baş katibinin qeyd etdiyi kimi, münaqişə fonunda atılan mühüm addım hazırda iflasa uğramaq təhlükəsi ilə üz-üzə olan taxıl sazişi olub. O, həmçinin əlavə edib ki, təşkilat razılaşmanın Rusiya hissəsinin həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməklə vəziyyəti xilas etməyə çalışır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti