"Qərb ölkələri ümumbəşəri dəyərləri məhv edir" - Putin
Putin bildirib ki, bu gün Rusiyaya qarşı müharibə başlayıb, lakin bu ölkə öz təhlükəsizliyini təmin edəcək.
“Planetdəki insanların böyük əksəriyyəti kimi biz də dinc, azad və sabit gələcək görmək istəyirik. İstənilən üstünlük ideologiyası “iyrənc, cinayətkar və ölümcüldür”, Putin əlavə edib.
Prezident həmçinin qeyd edib ki, Ukrayna xalqı dövlət çevrilişinin və Qərbin planlarının girovuna çevrilib.
"Kollektiv Qərb ölkələri “öz qaydalarını” diktə etmək üçün ümumbəşəri dəyərləri məhv etməklə yanaşı, münaqişələri qızışdırmağa çalışırlar" - Putin bunu soyğunçuluq və zorakılıq sistemi adlandırıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: