NATO Qara dənizdə aviasiyanın hazırlığını artırdı

NATO Qara dənizdə aviasiyanın hazırlığını artırdı
  08 May 2023    Oxunub:1212
NATO Rusiya qırıcısının Polşa hərbi təyyarəsini müşayiət etməsi ilə əlaqədar Qara dəniz regionunda alyansın hərbi hava qüvvələrinin hazırlığını artırıb.
Bu barədə “Reuters” NATO nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Rumıniya sahillərində Qara dəniz üzərində Polşanın "Frontex" hərbi təyyarəsi yaxınlığında Rusiya hərbi təyyarəsinin təhlükəli davranışı nəticəsində NATO hava polisi missiyasının təyyarələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti