"Zelenski əcdadlarına xəyanət edib" - Zaxarova

   "Zelenski əcdadlarına xəyanət edib" -    Zaxarova
  08 May 2023    Oxunub:1461
Ukrayna prezidenti Volodimir Zelenski Qələbə Gününü ləğv edərək əcdadlarına xəyanət edib.
AzVision.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Ukraynanın rəhbərini “21-ci əsrdə Yəhudanın yeni mücəssəməsi” adlandırıb. Diplomatın sözlərinə görə, Zelenski “faşistlərin şərikidir”.

Zaxarova əlavə edib ki, Ukrayna prezidenti Qırmızı Orduda döyüşən əsgərləri, konslagerlərdə əziyyət çəkən və işgəncələrə məruz qalan insanları, eləcə də arxa cəbhədə qələbəni yaxınlaşdıranları unudub.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşların Avropa kimliyinə görə ölkəsinin ərazisində 9 may tarixini Qələbə Günü deyil, Avropa Günü elan edib. Onun fikrincə, yeni bayram Avropa xalqlarının birliyinə, eləcə də sülh və sabitliyə töhfə verəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti