Putin Gürcüstan, Moldova və Ukrayna liderlərini təbrik etmədi

   Putin Gürcüstan, Moldova və Ukrayna liderlərini təbrik etmədi
  08 May 2023    Oxunub:1354
Rusiya prezidenti Vladimir Putin Qələbə günü ərəfəsində MDB ölkələri liderlərinə təbrik məktubları göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Lakin Rusiya lideri Gürcüstanın rəhbəri Salome Zurabişvili və Moldova lideri Maya Sandu bayram münasibətilə təbrik etməkdən imtina edib. Məktubda eyni zamanda Ukraynanın da adı çəkilməyib.

Putin təbrikdə Böyük Vətən Müharibəsi ilə bağlı tarixi həqiqəti təhrif etməməyə və nasistlərin ideoloji varislərinə haqq qazandırmamağa çağırıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşların Avropa kimliyinə görə ölkəsinin ərazisində 9 may tarixini Qələbə Günü deyil, Avropa Günü elan edib. Onun fikrincə, yeni bayram Avropa xalqlarının birliyinə, eləcə də sülh və sabitliyə töhfə verəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti