İcra başçısı səyyar qəbul keçirdi

İcra başçısı səyyar qəbul keçirdi
  26 May 2014    Oxunub:1517
Bu gün Gəncə şəhər, Heydər Əliyev prospekti, 90 saylı binanın qarşısındakı nümunəvi məhəllədə İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
Qarabağ döyüşlərində həlak olan Vaqif Məhəmmədovun həyat yoldaşı Almaz Məhəmmədova ölkə rəhbərliyinə 15 nəfərlik ailəsi adından dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Yeni Gəncə yaşayış massivində bu təbəqə üçün tikilmiş binada iki otaqlı mənzillə təmin olunublar, onlara dəfələrlə köməklik edilib. Bu dəfə isə babasının adını daşıyan Vaqifə kiçik toy məclisi etmək üçün maddi köməklik göstərilməsini xahiş edib.

Kəsarə Kazımova oğluna toy etmək üçün, 2 şəhid anası Rəhilə İsayeva ona verilən torpaq sahəsində ev tikdirmək üçün maddi sıxıntısı olduğunu, Xumar Hüseynova torpaq sahəsi ilə təmin olunmaq istəyini, Pərvanə Qureyşi işlə təmin olunmaq, Aytən Rəhimova gəlininin, Mehriban Qocayeva övladının işlə təmin olunmasını, Afayət Əsgərova maddi çətinlik çəkdiyi üçün oğluna orta məktəb təhsilini verə bilməməsini dilə gətirdilər.

Onların, həmçinin müraciət edənlərin əksəriyyətinin istəyi yerindəcə həll olunaraq, müvafiq təşkilatlara tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti